Kəllə sinirləri
Kəllə-beyin sinirləri (lat. nervi cranialis) - birbaşa kəllədən çıxan sinirlər. Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndən dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür:
Hissi sinirlər lat. nn.sensorii, ya duyğu sinirləri (I, II və VIII cüt, yəni qoxu, görmə və dəhliz-ilbiz sinirləri)
Hərəki sinirlər lat. nn. motorii (III, IV, VI, XI, və XII cüt, yəni gözün hərəki siniri, blok siniri, uzaqlaşdırıcı, əlavə və dilaltı sinirlər)
Qarışıq sinirlər (V, VII, IX və X cüt, yəni üçlü, üz, dil-udlaq və azan sinirlər). Kəllə sinirlərinin bir qisminin (gözün hərəki sinirinin üz siniri ilə birləşmiş olan ara sinirin, dil-udlaq və azan sinirlərin) tərkibində parasimpatik və hərəki sinirlərin tərkibində simpatik liflər də vardır.